AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ-də yer elmləri sahəsində ümumrespublika elmi seminari keçirilib
Okt 24, 2018 | 02:03 / Konfranslar, iclaslar
Oxunub 299 dəfə

AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) keçirilimiş ümumrespublika elmi seminar “Cənubi Xəzərin Azərbaycan sektorunun qazhidratlari ” mövzusuna həsr olunub.

Seminarı giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov məruzəçi Aleksandr Poletayevi (AMEA Neft və Qaz İnstitutu) seminar iştirakçılarına təqdim edib.

Məruzəçi Cənubi Xəzərin dərinsulu hissəsi,regional seysmik profil, qaz planalması, temperatur, təzyiq, süxurların sahədə tərkibinin dəyişməsi üzrə göstəricilərini özündə birləşdirən məlumatlar bankı haqqında, metan qazının iştirak etdiyi zonalar, həmçinin metan qazı homoloqlarının aşağı və yüksək göstəriciləri ilə xarakterizə olunan zonalar və dugər aspektlər barədə  məlumat verib.

Məruzə maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb, çıxışlarda məruzəçiyə dəyərli  tövsiyələr səsləndirilib.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi 
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru 
 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015