AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycan İsraillə seysmologiya sahəsində əməkdaşlığa başlayır
Okt 25, 2018 | 12:59 / Mühüm hadisələr
Oxunub 331 dəfə

İsrail Elmlər və İctimai Akademiyasinda hər iki ölkə Akademiyalarının birlikdə təşkil etdiyi "Zəlzələ Seysmologiyası və Geodinamika" mövzusunda seminar keçirilib.

Seminar AMEA ilə İsrail Elmlər və İctimai Elmlər Akademiyalarının arasında bağlanmış rəsmi sazişə əsasən keçirilib. Tədbirdən məqsəd seysmologiya və geodinamika sahəsində aparılan prioritet tədqiqatlarla tanış olmaq, birlikdə seysmoloji və geodinamik tədqiqatların aparılması imkanlarını araşdırmaq və elmi əlaqələri inkişaf etdirməkdir. 

Seminarın işində İsrail universitetlərindən və İsrail geoloji xidmətindən 20-dən çox alim maraqlı elmi məruzələrlə çıxış edib. Azərbaycanı seminarda AMEA Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, Yer Elmləri üzrə elmlər doktoru Qulam Babayev və Yer Elmləri üzrə fəlsəfə doktoru, Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərov ilə təmsil edib. 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Azərbaycanın seysmik şəbəkəsi və orada aparılan işlər haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

Konfrans iştirakçıları Azərbaycan seysmik və geodinamik şəbəkəsinin Şərqi Aralıq dənizi-Ərəbistan-Qafqaz sintaksisində aktiv tektonikanın və seysmik təhlükənin öyrənilməsində mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Konfransın sonunda birlikdə aparılacaq prioritet tədqiqat istiqamətləri ətrafında müzakirələr aparılıb.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi 
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru 
 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015