AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Seysmoloqların futbol komandası II spartakiadanın çempionu adını qazanıb
Okt 26, 2018 | 09:56 / Maraqlı məlumatlar
Oxunub 451 dəfə

AMEA-nın Azad Həmkarlar Təşkilatının təşəbbüsü ilə institut və elmi təşkilatların komandalarının yarışdığı II Spartakiada çərçivəsində futbol üzrə final oyunu  Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM)  komandası ilə Geologiya və Geofizika İnstitutu komandası arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma RSXM komandasının qələbəsi ilə başa çatıb (6:1). Beləliklə, seysmoloqların futbol komandası AMEA-nın Azad Həmkarlar Təşkilatının təşəbbüsü ilə institut və elmi təşkilatların komandalarının yarışdığı II Spartakiadanın çempionu adını qazanıb.

İkinci yerə Geologiya və Geofizika İnstitutunun komandası, üçüncü yerə AMEA Rəyasət Heyətinin futbolçuları çıxıb.

Spartakiada çərçivəsində stolüstü tennis yarışlarında RSXM-nin "Seysmologiya" şöbəsinin mühəndisi  Lalə Piriyeva 3-cü yeri tutub.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin iştirakı ilə  keçən qaliblərin mükafatlandırılması mərasimində  futbol üzrə  çempionluq kuboku, diplom və 1-ci yerin medalları, həmçinin pul mükafatı seysmoloqların komandasına təqdim edilib.

Stolüstü tennis yarışlarında 3-cü yerin sahibi Lalə Piriyeva da təşkilat komitəsi tərəfindən diplom, kubok və medalla mükafatlandırılıb.

 AMEA nəzdində RSXM-nin informasiya şöbəsi
Əlaqə: 012 492 34 57
vusale -777@mail.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015