AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA Coğrafiya İnstitutunun əməkdaşı Gürcüstanda keçirilmiş regional konfransda iştirak edib
Okt 29, 2018 | 09:16 / Konfranslar, iclaslar
Oxunub 229 dəfə

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı - Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natəvan Cəfərova Gürcüstanın Tiflis şəhəri və eləcə də Kazbeki regionunda “Eroziyanın inteqrasiyalı idarə olunması” mövzusunda keçirilmiş regional konfransda iştirak edib.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” (İBİS) Proqramı çərçivəsində baş tutmuş tədbirdə Zaqafqaziya respublikaları benefisiar nazirliklərinin və seçilmiş beynəlxalq təşkilatların 80-dən çox ekspert  və  mütəxəssisi, eləcə də dövlət idarə və müəssisələrinin  nümayəndələri iştirak edib.

Konfrans iştirakçılarına torpaqların vəziyyətini nümayiş etdirən məlumat bazası təqdim edilib, bu mövzuda təcrübə mübadiləsi aparılıb.  İşçi qruplar tərəfindən torpaqların dayanıqlı idarə edilməsi, eroziyaya inteqrasiyalı nəzarət qlobal kontekstdə müzakirə mövzusu olub.

Tədbir iştirakçıları konfrans işinin  torpaqların dayanıqlı idarə olunması üzrə fəaliyyətlərin genişləndirilməsi və torpaqların idarə edilməsi sistemlərinin yaxşılaşdırılmasında yeni yanaşmaların tədricən tətbiqi ilə nəticələnəcəyinə əminliklərini bildiriblər.

 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015