AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Sürüşmə təhlükəli ərazilərin yeni üsulla qiymətləndirilməsi təklif olunur
Noy 01, 2018 | 08:59 / Müsahibələr, çıxışlar
Oxunub 374 dəfə

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi seminarında Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi,  c.ü.f.d., dosent Stara Tarixazər “İerarxiya təhlil üsulu ilə sürüşmə təhlükəsinin regional qiymətləndirilməsi (Şamaxı inzibatı rayonu timsalında) mövzusunda məruzə edib.

Tədqiqatçı  ierarxiya təhlil üsulunun köməyi ilə  müxtəlif dərəcəli sürüşmə təhlükəli ərazilərin rayonlaşmasını həyata keçirib. Sürüşmə təhlükəli ərazilərdə təhlilin aparılmasında əsas vəzifə dağ süxur kütlələrinin tarazlığını pozan  təbii və antropogen faktorların məcmusunu  nəzərdə tutan  sürüşmə əmələgəlmə şəraitinin təyin edilməsidir.

Məruzəçi bildirib ki, tədqiqatın əsas nəticəsi sürüşmə proseslərinin təsirinə  məruz qalan ərazilərin rayonlaşması zamanı  ierarxiya təhlil üsulundan istifadənin effektliyinin tanınmasıdır. Ərazinin təsərrüfat mənimsənilməsi planını tərtib edərkən sürüşmə təhlükəsi üzrə  əldə olunan nəticələr nəzərə alınmalıdır.

S.Tarixazər bu üsulun digər sahələrə də tətbiq edilə biləcəyini vurğulayıb.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

 

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015