AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Elmi seminarda neolit dövrünə dair məruzə dinlənilib
Noy 02, 2018 | 08:45 / Konfranslar, iclaslar
Oxunub 308 dəfə

AMEA Coğrafiya İnstitutu  Elmi seminarının iclasında c.ü.e.d. Yelena Tağıyevanın “Təbii şəraitin dəyişməsi və onun insan məskunlaşmasına və təsərrüfat fəaliyyətinə təsiri (Azərbaycan neolit dövrünün yaşayış yerləri timsalında)” mövzusunda məruzəsi dinlənilib.

Tədqiqatçı bildirib ki, 1960-cı ildə Qafqazın ən qədim Paleolit düşərgələrindən biri olan Azıx mağarası aşkar olduqdan sonra Azərbaycan ərazisi Afrikadan Avropaya köç edən erkən hominidlərin miqrasiya yollarından birinə daxil edilib. Bu hipoteza Qafqazda bir sıra erkən paleolit dayanacaqlarının - Gürcüstanda Dmanisi, Mərkəzi Dağıstanda  Aynikab, Muxkay, Qeqalaşur, Azərbaycanda Tağlar, Qazma, Buzeyir, Damçılı, Qaraca, Cimcimax - aşkarlanmasından sonra  bir daha təsdiqini tapıb. Əlverişli təbii şərait - rütubətli subtropik iqlim, zəngin faunalı savanna tipli landşaftlar (dəvəquşular, kargədanlar, fillər, hipporionlar) Azərbaycan ərazisində Eopleystosen və Erkən Neopleystosendə (1,7-0,700 min il əvvəl) ilk azixantropun meydana gəlməsinə və sonradan məskunlaşmasına şərait yaradıb.

Məruzəçi qeyd edib ki, Holosenanın əvvəlində (10-11 min il qabaq) təkcə Qarabağ düzənliyinin zəbt olunmamış ərazisində 2010-1013-cü illərin arxeoloji ekspedisiyası nəticəsində neopolit məskunlaşmanın 169 arxeoloji obyekti qeydə alınıb.

 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015