AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan milli ensiklopediyasi redaksiya heyətinin yeni tərkibi təsdiq edilib
Noy 02, 2018 | 08:51 / Mühüm hadisələr
Oxunub 319 dəfə

Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Redaksiya heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, sədrin birinci müavini Prezident Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyev, müavinləri AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru İbrahim Quliyev, AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevdir.

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti, Akademiyanın Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadə, məsul katibi AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru Tofiq Nağıyevdir.

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti 38 üzvdən ibarətdir.

Azərbaycan milli ensiklopediyasi redaksiya heyətinin  yeni tərkibi təsdiq edilib

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015