AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Elmi seminarda torpaqların elektron xəritələşməsinə dair məruzə dinlənilib
Noy 12, 2018 | 09:35 / Konfranslar, iclaslar
Oxunub 225 dəfə

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında akademik Qərib Məmmədov “Azərbaycan Respublikası torpaqlarının elektron xəritəsi və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqinə dair” mövzusunda məruzə ilə çıxış edib.

Akademik coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verib. Aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtib  prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin və torpaqların CİS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin  hazırlanması məsələlərinə aydınlıq gətirən məruzəçi  ilkin hazırlanmış interaktiv elektron torpaq və ekoloji qiymət  xəritələrini nümayiş etdirib.

Sonda məruzəni maraqla dinləyən Elmi seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com  

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015