AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-də elmi texniki şuranin iclasi keçirilib
Noy 13, 2018 | 09:44 / Konfranslar, iclaslar
Oxunub 425 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi Texniki Şuranın iclası keçirilib. İclasda RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli çıxış edərək gündəliyi elan edib. Gündəlikdə Kəmalə Ağayevanın texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Aerokosmik verilənlər və coğrafi məlumat sistemləri texnologiyasi əsasında Böyük Qafqazın cənub yamaclarında sürüşmə zonalarının tədqiqi” dissertasiya işinin müzakirəsi, RSXM əməkdaşlarının iştirak etdiyi qrant layihələrinin icrası və kadr hazırlığı ilə bağlı keçirilən kursların vəziyyətinə dair məruzələr yer alıb.

RSXM-nin elmi katibi Lalə İbrahimova Kəmalə Ağayeva haqqında xasiyyətnaməni oxuyub. Daha sonra K. Ağayeva müdafiə edəcəyi elmi iş üzrə məruzə ilə çıxış edərək, Elmi Texniki Şura üzvülərinin suallarını cavablandırıb. Onun məruzəsi Şura üzvüləri tərəfindən yekdilliklə qəbul edilib.

Daha sonra Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov RSXM əməkdaşlarının iştirak etdiyi qrant layihələri, "Tədris" şöbəsinin müdiri Gülnarə Alxanova isə keçirilən tədris kursları ilə bağlı məlumat verib.

 

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015