AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutunun əməkdaşı ArcGIS proqramı üzrə praktik məşğələlər reallaşdırır
Noy 16, 2018 | 09:43 / Konfranslar, iclaslar
Oxunub 303 dəfə

AMEA akadenik H.Əliyev adına Coğrafiya İnstitutu “Geoinformatika və Kartoqrafiya” şöbəsinin əməkdaşı Yaşar Nəsibov olaraq marağı olanlar üçün ArcGIS proqramı üzrə ödənişsiz  silsilə  praktik məşğələlər reallaşdırır.

Coğrafiya İnstitutunun  konfrans zalında təşkil edilən 3 günlük təlimlərdə BDU Coğrafiya fakültəsinin tələbələri, AMEA Neft və Qaz İnstitutunun, eləcə də özəl şirkətlərin əməkdaşları və başqaları iştirak ediblər. Bu cür növbəti məşğələ noyabrın 23-də Pedaqoji Universitetdə baş tutacaq.

Təlimləri keçirməkdə məqsəd doktorant, dissertant, magistr və bakalavrlara dissertasiya və buraxılış işlərinin hazırlanmasında, elmi-tədqiqat işlərinin aparılmasında yol göstərmək, proqramın imkan və qabiliyyətləri ilə onları yaxından tanış etmək, həmçinin coğrafiya, kartoqrafiya və coğrafi  informasiya sistemləri haqqında biliklər verməkdir.

Qeyd edək ki, Yaşar Nəsibov "ArcGIS I və II" səviyyəsi üzrə Türkiyə Respublikasının "Esriturkiye" şirkətinin təşkil etdiyi təlim kurslarında iştirak edərək 2001-ci ildə beynəlxalq dərəcəli sertifikat alıb. Bundan əlavə, Y.Nəsibov bu ilin yayında Coğrafi İnformasiya Sistemlərinin proqram təminatlarından biri olan "MapInfo" proqram təminatı üzrə  Ankara şəhərində "Başarsoft Bilgi Teknolojileri” şirkətinin  “MapInfo Akademiyası”nda təşkil etdiyi “MapInfo Pro başlanğıc və irəli səviyyə” təlimlərində iştirak  edib və ona  imtahanları müvəffəqiyyətlə verdiyi üçün sertifikat təqdim edilib.

 

 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015