AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Torpaqşünas alimlər Ceyrançöl ərazisində tədqiqat işləri aparıblar
Noy 16, 2018 | 09:50 / Mühüm hadisələr
Oxunub 249 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası şöbəsinin rəhbəri, aqrar üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev və həmin şöbənin baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Mahmud Xəlilov Ceyrançöl alçaq dağlığı ərazisində torpaq tədqiqatında olublar.

Çöl ekspedisiyası Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi əsasında "İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamiki və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırılma və bu torpaqların keyfiyyətcə idarə olunma modelləri (Ceyrançöl timsalında)" mövzusu ilə əlaqədar təşkil olunub.

10 gün davam edən tədqiqat zamanı torpağın genetik qatları üzrə torpağın fiziki xüsusiyyətləri öyrənilib, torpaq örtüyünün müasir vəziyyəti, təbii və insanın təsərrüfat fəaliyyəti nəticəsində torpaqəmələgəlmə prosesi istiqamətində baş verən dəyişikliklər tədqiq edilib. Qoyulmuş  torpaq kəsimləri əsasında  morfoloji təsvir  və analiz üçün nümunələr götürülüb .

 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015