AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Dağliq ərazilərdə landşaft-ekoloji şərait tədqiq edilib
Noy 16, 2018 | 09:55 / Mühüm hadisələr
Oxunub 140 dəfə

AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi seminarında  c.ü.f.d., dosent Mirnuh İsmayılovun “Relyefin morfometrik elementləri əsasında dağlıq ərazilərdə landşaft-ekoloji şəraitin tədqiqi  (Daşağılçay-Girdimançay arası timsalında)”  mövzusunda məruzəsi  dinlənilib.

Tədqiqatçı bildirib ki, tərtib olunmuş xəritələrin təhlili nəticəsində  30°-55° dikliyə malik, 1600-3200 m hündürlükləri əhatə edən, torpaq-bitki örtüyündən məhrum olan intensiv  parçalanmış relyefə malik ərazilərin  yüksək morfometrik gərginliyi ilə  seçildiyi müəyyən olunub. Bu ərazilərin yüksək morfometrik gərginliyi ərazidə ekzogen relyef əmələgətirən proseslərin yüksək dinamikası ilə bağlıdır. Həmçinin ayrılan 3 eko-geomorfoloji gərgin rayondan Vəndamçay-Girdimançay daha çox eko-geomorfoloji gərginliyə malikdir. Bu rayonda ərazinin 34%-i çox və şiddətli, 12% orta, 28% zəif, 26%-i isə çox zəif eko-geomorfoloji gərginlikli  landşaftlardır.

Daşağılçay-Girdimançay və Tikanlıçay-Dəmiaraparançay rayonlarında isə eko-geomorfoloji gərginlik dərəcəsi müvafiq olaraq aşağıdakı kimi paylanmışdır: çox və şiddətli - 16% və 20%,  orta - 25% və 32%,  zəif  -31% və 23%,  çox zəif  - 28% və 25%  eko-geomorfoloji gərginliyə malik landşaftlardır.

 

 AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015