AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
“Sudan istifadə sahəsində mütəxəssislər” ictimai birliyinin ilk iclasi keçirilib
Noy 26, 2018 | 08:38 / Konfranslar, iclaslar
Oxunub 371 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda direktor, akademik Ramiz Məmmədovun sədrliyi ilə “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin ilk iclası keçirilib.İclasda su idarəçiliyi üzrə mütəxəssislər iştirak ediblər.

Ramiz Məmmədov iclası giriş sözü ilə açaraq birliyin yaranma səbəbləri, su resurslarının strateji əhəmiyyəti, içməli su təminatının XXI əsrin əsas probleminə çevrilməsi təhlükəsi, müasir dünyada və eləcə də Azərbaycanda su ehtiyatlarının vəziyyəti və s. məsələlərdən danışıb.

Akademik bildirib ki, Azərbaycan Respublikasında birbaşa şirin su resurslarına səlahiyyəti olan bir neçə təşkilat və nazirlik fəaliyyət göstərir ki, bir çox hallarda bu təşkilatların funksiyaları, səlahiyyətləri və məsuliyyətləri aydın deyil və bəzi hallarda suyun kəmiyyət və keyfiyyətinin idarə olunmasında müəyyən çətinliklər yaradır. Ona görə də  sudan istifadə sahəsində maarifləndirmənin təşkilinə, mütəxəssislərin biliklərinin artırılmasına kömək məqsədilə yaradılmış  “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi  yuxarıda göstərilən təşkilat və nazirliklərin aparıcı mütəxəssislərini birləşdirərək koordinator rolunu oynayaraq və onların  birgə fəaliyyətini təmin edəcəkdir.

Coğrafiya üzrə elmlər doktoru, professor Fərda İmanov Birlik üzvlərinin 26 nəfərdən ibarət siyahısını, idarə heyəti üzvlərinin siyahısını, icraçı direktoru və işçi qruplarını tədbir iştirakçılarına təqdim edib.

Qərara alınıb ki, iki ayda bir dəfədən az olmamaq şərtilə Məsləhət Şurasının iclası keçirilsin və burada su problemlərinə həsr olunmuş müxtəlif məsələlər müzakirə olunsun. Yanvar ayına təyin olunmuş növbəti iclas Ramiz Məmmədovun  təklifi ilə Azərbaycanın su resurslarının qiymətləndirilməsinə həsr olunacaq. 

AMEA akademik. H. Ə.Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Əlaqə:

(012) 538-59 76; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015