AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-də elmi texniki şuranin iclasi keçirilib
Noy 26, 2018 | 08:51 / Konfranslar, iclaslar
Oxunub 526 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) seminar keçirilib.Tədbiri  RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli giriş sözü ilə açaraq gündəliyi elan edib.

Seminarın gündəliyinə uyğun olaraq  AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru Çingiz Əliyev  "Azərbaycan ərazisində radonun paylanması və buna təsir edən faktorlar" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Azərbaycan ərazisində radonun səviyyəsinin öyrənilməsi istiqamətində aparılan işlər, əldə olunan nəticələr haqqında məlumatı konkret faktlarla diqqətə çatdırıb. Bildirilib  ki, radon insan orqanizmi üçün olduqca təhlükəlidir və xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Abşeron yarımadası və eləcə də respublikanın ayrı-ayrı bölgələrində aparılan elmi tədqiqatlar nəticəsində qapalı yerlərdə radonun səviyyəsinin artdığı müşahidə edilib. Yarımadada son illər artım daha çox müşahidə edilməkdədir. Bunun da  səbəbi bir çox hallarda tikinti işləri aparılarkən texnogen qaydalara əməl edilməməsidir. Digər tərəfdən isə alınmış nəticələr seysmik episentrlər xəritəsi ilə müqayisə edilib. Əldə olunmuş nəticəyə görə seysmik baxımdan aktiv olan və zəlzələ baş verən ərazilərdə radonun səviyyəsi də artır.

Maraqla dinlənilən məruzədə radonun insan orqanizminə təsiri, yaratdığı fəsadlar və digər məqamlara da toxunulub. Sonda məruzə ilə bağlı iştirakçıların şoxsaylı sualları cavablandırılıb.

 AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015