AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Urbanizasiya və demoqrafik inkişaf məsələləri müzakirə edilmişdir
Noy 30, 2018 | 09:59 / Konfranslar, iclaslar
Oxunub 438 dəfə

AMEA akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi seminarında  c.ü.f.d. Etibar Bədəlov “Aran iqtisadi-coğrafi rayonunda urbanizasiya prosesi və demoqrafik  inkişaf problemləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi regionda şəhər məskunlaşmasının mövqeyi və inkişafı, həmçinin inzibati rayonlar üzrə urbanizasiya səviyyəsi  və şəhər məntəqələrində demoqrafik prosesləri təhlil edib, əhalinin təbii artımı, nikah və boşanmaların dinamik inkişafındakı  problemlər xüsusi vurğulamışdır.

Tədqiqatçı müəyyən etmişdir ki, 2010-2018-ci illərdə regionun şəhər əhalisinin orta illik artımı zəifləyərək 8 min nəfərdən 5 min nəfərə düşmüş,  2015 illə müqayisədə 2017-cı ildən  təbii artımın (hər 1000 n. görə 10,2-7) və doğumun (16,5-13,6) nisbi əmsal göstəriciləri sürətlə aşağı enmişdir.

E.Bədəlov burada ən aşağı göstəricilərin Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin  payına düşdüyünü diqqətə çatdırıb. Həmçinin rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayını,  ölüm əmsalı göstəricilirini göstərmiş, nikahlarda azalmanı, körpə ölümünə görə  şəhərlə kənd əhalisi arasında böyük fərqlər olduğunu diqqətə çatdırmışdır.

Tədqiqatçının fikrinə görə, demoqrafik proseslərdə baş verən mənfi proseslərin qarşısının alınması üçün dövlət səviyyəsində tədbirlər görülməli və əhalinin tibbi sığorta məsələləri tezliklə həyata keçirilməlidir.

 AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun 

 İctimaiyyətlə əlaqələr şöbəsi

 Əlaqə:

(012) 538-59 76;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015