AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM Beynəlxalq müsabiqədə sürüşmələrlə bağli tədqiqatlara görə birinci yerə çixib
Dek 03, 2018 | 03:53 / Konfranslar, iclaslar
Oxunub 555 dəfə

Rusiyanın Fundamental Tədqiqatlar Fondu və İranın Milli Elm Fondunun birgə təşkilatçılığı ilə Moskvada "Xəzərin gələcəyi: Elmi layihələr və tədqiqatlar" mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilib.  

İclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də iştirak edib. Müzakirələr zamanı Xəzəryanı ölkələrin elmi təşkilatlarının Xəzər dənizinin seysmikliyi, zəlzələ ocaqlarının neft-qaz yataqlarına təsirinə dair əməkdaşlığı və birgə tədqiqatlar aparmasına dair məsələlərə baxılıb. RSXM-nin baş direktoru Q. Yetirmişli  Xəzər dənizinin Azərbaycan sektorunun seysmikliyinə dair məruzə ilə çıxış edib.

Tərəflər müzakirələrin ikinci mərhələsinin Tehranda keçirilməsi haqqında qərar qəbul ediblər. Bu müzakirələrdən sonra Xəzəryanı ölkələrin elmi təşkilatları arasında əməkdaşlığın forması və istiqamətləri dəqiqləşdiriləcək.

RSXM-nin baş direktoru səfəri çərçivəsində həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının 2003-cü ildən etibarən hər il keçirdiyi “EcoWorld-2018” beynəlxalq ekoloji müsabiqənin mükafatlandırma mərasimində də iştirak edib.

Bildirək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi həmin müsabiqəyə sürüşmələrlə bağlı aparılan tədqiqatların nəticəsinə dair hesabatı təqdim etmişdi. Mükafatlandırılma mərasimində Respublika Seysmoloji Xidmət Mərkəzi sürüşmə sahələrindəki tədqiqatların nəticəsinə görə  birinci dərəcəli mükafa layiq görülüb.

Sözügedən müsabiqədə dünyanın 20-yə yaxın ölkəsinin nümayəndələri iştirak edib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015