AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-nin elmi-texniki şurasında hesabatlar təqdim edilib
Dek 11, 2018 | 12:30 / Konfranslar, iclaslar
Oxunub 235 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində şöbələr üzrə illik hesabatların təqdimatı ilə bağlı Elmi-Texniki Şuranın növbəti iclası keçirilib.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli gündəliyi elan etdikdən sonra İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri  Telman Cəfərov , Tədris şöbəsinin müdiri Gülnarə Alxanova  və Kompleks geokimyəvi tədqiqatlar şöbəsinin müdiri Ramidə Kərəmova 2018-ci il üçün rəhbərlik etdikləri şöbələr üzrə illik hesabatlarını təqdim ediblər.

Bildirilib ki, 2018-ci il ərzində RSXM 12 qrant layihəsinin iştirakçısı olub. Bununla yanaşı, Mərkəzin xarici ölkələrlə əlaqələri genişləndirilib. Təşkilatın rəsmi internet səhifəsi www.seismology.az saytına yerli və xarici ölkələrdən baxış sayında böyük artımlar müşahidə edilib. Həmçinin mərkəzdə kadr potensialının gücləndirilməsi məqsədi ilə xarici dillər və ixtisas fənnləri üzrə də  kurslar davam etdirilib. 

 
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015