AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Torpaq idarəçiliyinə dair konfransın materiallar toplusu nəşr edilib
Dek 12, 2018 | 10:00 / Yeni nəşrlər
Oxunub 190 dəfə

“Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” adlı  yeni kitab çapdan çıxıb.

Nəşrdə 2018-ci il mayın 7-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən Coğrafiya İnstitutu alimlərinin iştirakı ilə birgə keçirilmiş konfransın materialları toplanıb. Konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuşdur.

Əsərlər toplusunda Azərbaycanda müstəqillik illərində həyata keçirilən torpaq islahatının nəticələri təhlil edilir, torpaqlardan istifadənin müasir vəziyyəti araşdırılır, ölkədə aparılan torpaqların elektron kadastr uçotu işinin nəticələri, torpaq idarəçiliyində istifadə istiqamətləri müəyyənləşdirilir, kənd təsərrüfatının ərazi təşkilində olan problemlərin aradan qaldırılmasının elmi əsasları göstərilir.

Kitabın baş redaktorları AR ƏMDK-nın sədri K.Ə.Həsənov və AMEA-nın prezidenti akademik A.A.Əlizadə, elmi redaktoru Cİ-nin direktoru, akademik R.M.Məmmədov, buraxılışına məsullar  Cİ-nin əməkdaşları - istiqamət rəhbəri, c.ü.e.d. Z.N.Eminov və direktor müavini dosent M.S.Həsənovdur.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015