AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda Erdas Imagine proqram təminatı üzrə ödənişsiz təlimlər davam edir
Dek 13, 2018 | 12:18 / Konfranslar, iclaslar
Oxunub 331 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Erdas Imagine proqram təminatı - təməl və irəli səviyyə” praktiki təlim keçirilir. Praktik məşğələlər  Avstraliyanın Macquarie Universitetinin müəllimi, doktor  Əliəkbər Rəsuli Pirouzian və Cİ “Geoinformatika və Kartoqrafiya” şöbəsinin əməkdaşı Yaşar Nəsibovun rəhbərliyi ilə Coğrafiya İnstitutunda reallaşır. İki həftə davam edəcək təlimlərdə Coğrafiya İnstitutunun və BDU Coğrafiya fakültəsinin magistrləri, AMEA Neft və Qaz, Geologiya və Geofizika İnstitutu, Fövqəladə Hallar Nazirliyi, Milli Aviasiya Akademiyası, AMEA Mərkəzi Nəbatat Bağı, Əmlak Məsələləri Dövlət Komitəsi, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu və AZERSU" ASC-nin əməkdaşları iştirak edirlər.

Təlimlər ödənişsiz keçirilir. Onların keçirilməsində məqsəd peyk müşahidəsi vasitəsilə əldə olunan təsvirlərin emalının öyrənilməsi, Yerin optik müşahidə peyki olan "Azersky”ın resurslarından istifadənin elmi işçilər tərəfindən genişləndirilməsidir.

Bildirək ki, sözügedən təlimlər bu ilin noyabr ayında ArcGIS proqramı üzrə Coğrafiya İnstitutunda həftəlik keçirilən silsilə  praktik məşğələlərin davamıdır.

AMEA akademik. H. Ə.Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015