AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutunun əməkdaşı beynəlxalq memoranduma imza atıb
Dek 14, 2018 | 09:59 / Konfranslar, iclaslar
Oxunub 458 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Məhərrəm Həsənov Çin Xalq Respublikasında ezamiyyətdə olub. Alim Quancjau şəhərindəki Sun Yat-sen Universitetində Çin Coğrafiya Cəmiyyətinin və Sun Yat-sen  Universiteti Coğrafiya və Planlaşdırma Məktəbinin təşkilatçılığı ilə 22 Asiya ölkəsinin iştirak etdiyi «Asiyanın inkişafı və bizim Coğrafiyamız» mövzusunda keçirilən 4-cü Asiya Coğrafiya Konfransında (AGC-2018) ölkəmizi təmsil edib.

«Azərbaycan, AMEA Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyəti» adlı məruzə ilə çıxış edən      Məhərrəm Həsənov Azərbaycanın coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində respublikamızın yeri, ölkənin təbii ehtiyatları, iqlim şəraiti və iqlim dəyişmələri, landşaftı, eləcə də son illər ərzində İnstitut əməkdaşları tərəfindən tərtib edilərək çap olunmuş xəritə, atlas və kitablar haqqında geniş məlumatı diqqətə çatdırıb. O həmçinin, mənfur qonşularımız tərəfindən işğal olunmuş ərazilərimiz, orada törədilən vəhşiliklər - yanğınlar, meşələrin qırılması, ekoloji şəraitə vurulan ziyanlar və s. kimi məsələlərə  də toxunub.

Tədbirin sonunda tədbir iştirakçıları Asiya Coğrafiya Cəmiyyətləri Assosiasiyasının yaradılması haqqında memorandum imzalayıblar və bu  barədə kütləvi informasiya vasitələrinə, eləcə də Beynəlxalq Coğrafiya İttifaqına məlumat verilib.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015