AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda təbii fəlakətlərə dair yeni kitab hazırlanıb
Yan 21, 2019 | 09:35 / Yeni nəşrlər
Oxunub 199 dəfə

AMEA ak.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədovun baş redaktorluğu və coğrafiya elmləri doktoru, professor Nəriman Paşayevin müəllifliyi ilə “Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi qiymətləndirilməsi” adlı yeni nəşri çapdan çıxıb.

Monoqrafiyada təbii fəlakətlərin (TF) iqtisadi-coğrafi baxımdan öyrənilməsinin nəzəri və metodoloji əsasları, respublika ərazisində yayılan əsas TF, onların başvermə səbəbləri, vurduğu ziyan, qarşısıalınma tədbirləri tədqiq olunub. Monoqrafiyada həmçinin TF-in sənaye, kənd təsərrüfatı, turizm və nəqliyyat-kommunikasiya sisteminə təsiri öyrənilmiş, irimiqyaslı xəritələr hazırlanmış, mübarizə tədbirlərinin təkmilləş¬dirilməsi əsaslandırılmışdır.

Coğrafiyaçılar, iqtisadçılar, ekoloqlar və digər sahələrin mütəxəssisləri üçün nəzərdə tutulmuş monoqrafiyanın materialları, əldə edilmiş nəticə, təklif və tövsiyələr, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və digər müvafiq nazirlik və təşkilatların struktur bölmələrində, respublika əhalisinin və təsərrüfat sahələrinin TF-in təsirindən müdafiəsində və düzgün idarə olunmasında istifadə oluna bilər.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015