AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutu VİKİ qrupunun üzvləri mükafatlandırılıblar
Yan 22, 2019 | 11:31 / Konfranslar, iclaslar
Oxunub 448 dəfə

AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu viki qrupunun üzvləri  "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə Vikipediyanın 18 və Azərbaycan dilində Vikipediya layihəsinin 15 illiyi münasibətilə  keçirilən tədbirdə iştirak ediblər.

Görüşdə 2018-ci ildə Vikipediya sahəsində görülən işlər barədə fikir mübadiləsi və  müzakirələr aparılıb, gələcək planlar nəzərdən keçirilib.  Sonra Azərbaycandilli   Vikipediyada  müntəzəm təşkil edilən "Mövzulu ay" məqalə müsabiqələri üzrə qaliblər mükafatlandırılıb.  Qaliblər arasında Coğrafiya İnstitutu viki qrupunun üzvləri də olub. 

Qrupun rəhbəri Aida Aslanovaya, üzvləri Həlimə Əhmədzadəyə, Gülnar Hacıyevaya  və  Züleyxa Əyyubovaya Vikimediya fondunun xüsusi hədiyyələri təqdim olunub.

Hazırda Azərbaycandilli  Vikipediya 142 mindən çox məqalə sayı ilə Vikipediyanın 300-ə yaxın dil layihəsi arasında 52-ci yerdədir.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

 Əlaqə:

(012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015