AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Elmi şuranın iclasinda Cİ-nin tədqiqat işlərinin planı təsdiq edilib
Fev 01, 2019 | 03:36 / Konfranslar, iclaslar
Oxunub 376 dəfə

Akademik Ramiz Məmmədovun sədrliyilə AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası  keçirilib. Əvvəlcə iclas iştirakçıları dünyasını dəyişmiş İnstitut  əməkdaşı Zahid Əhmədovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra  gündəlikdə duran məsələlərə baxılıb. 2019-cu ilin elmi tədqiqat işləri planının müzakirəsi keçirilib və bəzi dəyişikliklərlə təsdiq edilib.

Elmi katib c.ü.f.d. Zərnurə Həmidova coğrafiya üzrə fəlsəfə doktorları Mətləb Rəhimov, Həsən Nəbiyev və Zahidə Tatlıyevanın  coğrafiya ixtisası üzrə dosent elmi adı almaq üçün sənədlərini Elmi şuraya təqdim etmələri barədə məlumat verib. Elmi şura adları çəkilən əməkdaşların bacarığını, fəal  iş qabiliyyətini, məsuliyyətli işçi olduqlarını nəzərə alaraq, onlara dosent elmi adının verilməsi haqqında AR Prezidenti  yanında AAK qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edib. 

Daha sonra 2018-ci ildə elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunmuş dissertantların mövzu və rəhbərlərinin təsdiqi və maqistrların imtahan sessiyasının nəticələri haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015