AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ-nin növbəti nəşri heyvandarlığın ərazi təşkilinə həsr edilib
Fev 06, 2019 | 10:00 / Yeni nəşrlər
Oxunub 161 dəfə

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru  akademik Ramiz Məmmədovun elmi redaktorluğu, coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərovanın müəllifliyi ilə “Böyük Qafqazın Azərbaycan ərazisi daxilində heyvandarlığın ərazi təşkili” adlı yeni kitab  çap edilmişdir.

Üç fəsildən ibarət monoqrafiyada heyvandarlığın ərazi təşkili və öyrənilməsinin nəzəri-metodiki əsasları, Azərbaycanda heyvandarlığın tarixi-coğrafi inkişaf mərhələləri, heyvandarlığın müasir ərazi təşkili və s. tədqiq edilmiş, bir sıra əməli təkliflər irəli sürülmüşdür.

Monoqrafiyanın materiallarından “Azərbaycanın iqtisadi coğrafiyası” və “Kənd təsərrüfatı coğrafiyası” fənlərinin tədrisində, eləcə də dövlət proqramlarının hazırlanmasında istifadə oluna bilər.

 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76 ;  (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015