AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Ukrayna elm və texnologiya mərkəzinin nümayəndələri RSXM-də olublar
Fev 11, 2019 | 03:39 / Konfranslar, iclaslar
Oxunub 490 dəfə

Ukraynanın Elm və Texnologiya Mərkəzinin ölkələrarası əməkdaşlıq layihələri üzrə meneceri Yelena Taberko və Anastasiya Kulenko AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə keçirilən görüşdə birgə əməkdaşlıq və layihələrin həyata keçirilməsi, qarşılıqlı elm və təcrübə mübadiləsinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. 

Daha sonra "Qafqaz Kəsilişi" layihəsi üzrə aparılmış işlərin monitorinqi həyata keçirilib. Monitorinqin nəticəsi olaraq işlərin yüksək səviyyədə aparıldığı, heç bir nöqsanın olmadığı müəyyən olunub.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015