AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“NAXÇIVAN MUXTAR RESPUBLİKASININ COĞRAFİYASI" əsərinin 2-ci cildi çapdan çıxıb
Fev 12, 2019 | 02:53 / Yeni nəşrlər
Oxunub 228 dəfə

Akademiklər Ramiz Məmmədov və İsmayıl Hacıyevin baş redaktorluğu ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin sonuncu cildi çapdan çıxıb.

10 fəsildən, 380 səhifədən ibarət monoqrafiyada zəngin təbii şəraitə, iqtisadi və sosial-demoqrafık potensiala malik olan muxtar respublikanın iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri öz əksini tapmışdır.  Fundamental əsərdə Naxçıvan Muxtar Respublikasının siyasi-coğrafi və iqtisadi-coğrafi mövqeyi, öyrənilməsi tarixi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, demoqrafik proseslərin inkişaf meylləri və əhalinin məskunlaşması, sənaye, kənd təsərrüfatı və infrastrukturun əsas sahələri araşdırılmaqla, inzibati-ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə geniş təhlil edilmişdir.

Kitabın elmi redaktorları AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – c.ü.e.d. Zakir Eminov və c.ü.f.d. Nizami Eyyubovdur.

 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

Ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015