AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Türkiyəli alimlər RSXM-nin baş direktoru ilə görüşüblər
Fev 14, 2019 | 04:14 / Konfranslar, iclaslar
Oxunub 295 dəfə

Türkiyənin Kocaeli Universitetinin Mühəndislik fakültəsinin nümayəndələri professor Fadimə Sərtçelik, professor Tekin Yekin və professor  İbrahim Sərtçelik AMEA nəzdində RSXM-də olublar. RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor  Qurban Yetirmişli ilə görüşən nümayəndələr ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Türkiyəli alimlər həmçinin RSXM-nin apardığı seysmoloji tədqiqatlarla yaxından tanış olduqlarını, bu tədqiqatların beynəlxalq standartlara cavab verdiyini vurğulayıblar.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlərə də toxunulub.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015