AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Psixoloq insan təfəkkürü və yaradıcılıq imkanları haqqında məruzə edib
Fev 14, 2019 | 10:18 / Konfranslar, iclaslar
Oxunub 385 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən Elmi seminarda pakistanlı psixoloq Cəfər Zahir Çuğrat  “İnsan təfəkkürü və yaradıcılıq imkanları” mövzusunda məruzə ilə çıxış edib.

Bəşər yaranışından insan təxəyyülünün inkişaf mərhələlərindən söhbət açan məruzəçi təxəyyülün başlıca funksiyasının yaradıcılıqla bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, yaradıcılıq və təxəyyül bir-biri ilə qarşılıqlı surətdə bağlıdır və yaradıcı fəaliyyət insana gələcəyi qabaqcadan görməyə, onu dəyişdirməyə imkan verir. 

Məruzəçi sonra iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015