AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycanın gənc seysmoloqları "Xocalı aksiyası”na başlayıblar
Fev 22, 2019 | 02:37 / Konfranslar, iclaslar
Oxunub 415 dəfə

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin gənc alim və mütəxəssisləri  “Xocalını unutma” aksiyasına başlayıblar. Bununla bağlı Mərkəzdə tədbir keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin və Xocalı qurbanlarının xatirəsi bir  dəqiqəlik sükutla yad edilib.

Mərkəzin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xocalı soyqırımını  20-ci əsrin ən dəhşətli faciəsi olduğunu deyib. Faciənin törədilməsində keçmiş SSRİ rəhbərliyinin və həmin dövr Azərbaycan hakimiyyətinin də məsuliyyət daşıdığını bildirən baş direktor bu qanlı olayın xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıb.

Faciənin dünyada tanıdılması ilə bağlı dövlətimiz və H.Əliyev Fondu tərəfindən xaricdə aparılan işlər barədə danışan Q. Yetirmişli deyib: “Artıq zaman dəyişib. Bu gün bizim güclü ordumuz , güclü dövlətimiz, qətiyyətli Ali baş komandanımız var. Aprel döyüşləri  göstərdi ki, 2-3 gün ərzində Azərbaycan ordusunun nəyə qadir olmasından tək ermənilər yox, onların havadarları da artıq ehtiyatlanırlar. Əminik ki, Azərbaycan ordusu öz sözünü deyəcək və torpaqlarımız işğaldan azad olunacaq”.

Daha sonra Mərkəzin Gənc alim və mütəxəssislər şurasının sədri Nərminə İsmayılova və şura üzvü Gülxanım Əsgərli Xocalı soyqırımı  ilə bağlı “Xocalı faciəsi gənclərin gözü ilə” mövzusunda çıxış edərək, gənc seysmoloqların başladığı “Xocalını unutma” aksiyası haqqında danışıblar.

Tədbir tarixi faciəyə həsr olunmuş videoçarxın  nümayişilə başa çatıb.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015