AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Seysmik şəbəkələrlə bağli yeni layihənnin təqdimatı olub
Mart 04, 2019 | 02:32 / Konfranslar, iclaslar
Oxunub 305 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Ukraynanın Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsinin təqdimatı olub.

Təqdimatdan əvvəl layihə ilə bağlı Bakıya gəlmiş  “Lawrence Livermore” Milli Laboratoriyasının, ABŞ Seysmik Əməkdaşlıq proqramının proqram meneceri Rengin Gök, Gürcüstanın İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetinin Yer Elmləri İnstitutunun direktoru Tea Qodoladze, İRİS-in Cihazlaşdırma Direktoru Bob Vudvard AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

“Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsini Rengin Gök təqdim edib.

RSXM-nin baş direktoru Qurban Yetirmişli bildirib ki, layihənin həyata keçirilməsində məqsəd Mərkəzi Asiya və Qafqaz regionunda seysmik stansiyalar şəbəkəsinin inkişafına dəstək verməkdir. 

Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılmasının hələ də qaldığını bildirən baş direktor bu layihə çərçivəsində Azərbaycana müəyyən qədər dəstək verilməsinin mümkünlüyünü istisna etməyib . 

Layihəni təqdim edən ”Lawrence Livermore” Milli Laboratoriyasının , ABŞ Seysmik Əməkdaşlıq proqramının proqram meneceri Rengin Gök Mərkəzi Asiya və Qafqaz ölkələrinin seysmik şəbəkələri haqqında danışarkən hər bir ölkədə vəziyyətin fərqli olduğunu nəzərə çatdırıb. Azərbaycanda seysmik şəbəkənin digər ölkələrdən daha müasir olduğunu qeyd edən Rengin Gök bildirib: “ Biz sizə yeni proqramların işlənilməsi və şəbəkədə başqa yeniliklərin edilməsi  istiqamətində kömək etmək istəyirik”.

Daha sonra RSXM-nin  “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini Ruqiyyə Kərimova Azərbaycanın seysmik stansiyalar şəbəkəsinin fəaliyyəti, tətbiq olunan proqramlar, alınan nəticələr və görülən işlərə dair məruzə ilə çıxış edib.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015