AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Seysmoloji mərkəzdə beynəlxalq qadınlar günü qeyd edilib
Mart 07, 2019 | 10:42 / Konfranslar, iclaslar
Oxunub 295 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qadınları bayram münasibətilə təbrik edib. O, qadınların hüquqlarını alması üçün tarix boyu aparılan mübarizələr, 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsindən danışan baş direktor Azərbaycanda qadına hər zaman hörmət göstərildiyini, xalqımızın tarixində qadın sərkərdələrin, diplomatların və hökmdarların rolu olduğunu qeyd edib.

Azərbaycanda gender bərabərliyinin təmin olunduğunu deyən baş direktor bildirib: "Bu gün ölkəmizin həyatında, dövlət idarəetməsində də qadınların rolu böyükdür. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyəti və gördüyü işlər bunu bir daha göstərir" .

RSXM-nin mərkəzi aparatında çalışan əməkdaşların arasında qadınların sayca çoxluq təşkil etdiyini bildirən Q.Yetirmişli gənc xanım əməkdaşları daha da fəal olmağa, ölkəmizin inkişafı naminə elmi-ictimai fəaliyyətdə daha böyük nəticələr göstərməyə çağırıb.

RSXM-nin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı  RSXM - də 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbirlər keçirilməsinin bir ənənəyə çevrildiyini qeyd edərək bunun xanımlara göstərilən diqqətin nəticəsi olduğunu deyib.  Qadın əməkdaşlar adından rəhbərliyə təşəkkürünü bildirən şöbə müdiri Azərbaycanda qadınların özlərini inkişaf etdirməsi, təhsil alması və karyera qurması üçün dövlət tərəfindən geniş imkanlar yaradıldığını deyib. "Biz bu gün müsəlman Şərqində ilk dəfə səs vermək və seçilmək hüququ  qazanmış müstəqil və yüksək inkişafa nail olmuş  ölkədə yaşayırıq”,- deyən V. Rafiqqızı respublikada qadınların ictimai, siyasi, mədəniyyət və digər sahələrdəki uğurlu fəaliyyətlərinə dair misallar gətirib.  

Sonda Mərkəzin qadın əməkdaşlarına hədiyyələr təqdim edilib.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015