AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiyaçı qadın alimlərlə bağlı seminar keçirilib
Mart 14, 2019 | 11:41 / Konfranslar, iclaslar
Oxunub 682 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (Cİ) Qadınlar Şurasının təşkilatçılığı ilə “Azərbaycanda coğrafiya elminin inkişafında qadın coğrafiyaçi alimlərin rolu” mövzusunda seminar keçirilib. Seminarda AMEA-nın Qadınlar Şuralarından nümayəndələr də iştirak ediblər.

Cİ Qadınlar Şurasının sədri Luiza Salayeva tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir. Dövlət başçısının hər il martın 27-sinin Azərbaycanda Elm günü kimi qeyd edilməsi haqqındakı Sərəncamı bu sahədə qəbul edilmiş mühüm qərarlardan biridir.

Cİ Qadınlar Şurasının büro üzvü, c.ü.f.d. Stara Tarixazər məruzə ilə çıxış edib. Tədqiqatçı qadın alimlərin adlarını sadalayaraq onların coğrafiya elminin  inkişafındakı rolundan, elmə verdikləri töhfələrdən, qazandıqları  nailiyyətlərdən, böyük zəhmət hesabına ərsəyə gətirərək nəşr etdirdikləri əsərlərdən, kitablardan bəhs edib, coğrafiyaçı qadın alimlərin fəaliyyətini yüksək dəyərləndirib.

C.ü.e.d. Hüseyn Xəlilov mövzunun kitabça halında işlənərək nəşr olunması təklifini irəli sürüb.

Tədbir qadın coğrafiyaçı alimlərin fəaliyyətini əks etdirən video çarxın nümayişi ilə başa çatıb.

 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015