AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutu “MAPINFO PRO” proqram vasitələri ilə təmin edilib
Mart 18, 2019 | 10:01 / Konfranslar, iclaslar
Oxunub 311 dəfə

Azərbaycan Milli Emlər Akademiyasının akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Türkiyə Respublikasının “Başarsoft Bilgi Teknolojileri” şirkəti tərəfindən elmi-tədqiqat işləri üçün ödənişsiz olaraq Amerikanın “Pitney Bowes” korporasiyasına məxsus 10 ədəd lisenziyalı “MapInfo Pro” proqram vasitəsi ilə  təmin edilmişdir.

“MapInfo Pro” proqram təminatından istifadə etməklə raster və vektor əsaslı Coğrafi İnformasiya Sistemlərinin yaradılması, coğrafi məlumatların təhlil edilməsi, üçölçülü modellərin qurulması, rəqəmsal xəritələrin hazırlanması və əldə edilən nəticələrə əsasən qrafiki məlumatların hazırlanması həyata keçirilir.

 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;   mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015