AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA prezidenti Elm Günü münasibətilə təşkil olunmuş sərgidə olub
Mart 27, 2019 | 10:40 / Konfranslar, iclaslar
Oxunub 267 dəfə

AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevYer Elmləri Bölməsinin akademik-katibi akademik Fəxrəddin Qədirov və AMEA İşlər idarəsinin rəisi siyasi elmlər doktoru Fətəli Abdullayev Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elm Günü münasibətilə təşkil etdiyi sərgini ziyarət ediblər.

RSXM-in Zəlzələlərin Tədqiqatı Bürosunda baş tutan sərgidə mərkəzin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Azərbaycanda son 100 ildə seysmoloji tədqiqatlarda istifadə olunan cihazlar, aparılan araşdırmaların nəticələri, həmçinin qurumun əməkdaşlarının elmi nəşrləri barədə məlumat verib.

“Açıq qapı” formatında təşkil edilmiş tədbirə həmçinin şəhərin çoxsaylı sakinləri də qatılıblar.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015