AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-də aparılan işlər dünya bankının diqqətindədir
Mart 29, 2019 | 10:13 / Konfranslar, iclaslar
Oxunub 280 dəfə

“Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və alınan nəticələr Dünya Bankı tərəfindən maraqla qarşılanıb”.

Bu fikirləri Qafqazda seysmik riskin öyrənilməsi ilə bağlı regiona səfər edən Dünya Bankının nümayəndələri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) keçirdikləri görüşdə səsləndirib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya bölgəsi üzrə risklərin idarə edilməsi bölməsinin məsləhətçisi Maryia Markhvida və Strategiyalar və Əməliyyatlar bölməsinin Böyük əməliyyatlar üzrə mütəxəssisi Hacı Hüseynov  Mərkəzin baş direktoru  AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə qonaqlara mərkəzin fəaliyyəti, aparılan kompleks seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verilib. 

Həmçinin Qafqaz regionunda seysmik riskin öyrənilməsi və Dünya Bankı ilə RSXM arasında gələcək əməkdaşlığın prespektivləri müzakirə mövzusu olub.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015