AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ əməkdaşları Qızılağac körfəzində tədqiqat işləri aparıblar
Apr 02, 2019 | 10:29 / Konfranslar, iclaslar
Oxunub 327 dəfə

AMEA akademik  H.Ə. Əliyev  adına Coğrafiya İnstitutunun   Xəzər Dənizi Hidrometeorologiyası şöbəsinin əməkdaşları – şöbə müdiri, c.ü.f.d. Zabit Allahverdiyev, c.ü.f.d. Nazim Əhmədov və  Ramin Atakişiyev martın Cənubi Xəzərdə yerləşən  Qızılağac körfəzində ekspedisiyada olublar.

Tədqiqatçılar Qızılağac körfəzinin morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraitini xarakterizə edən məlumatlar əldə etmək məqsədilə kiçik və böyük körfəzlərdə əvvəlcədən təyin edilmiş nöqtələrdə  dərinlik üzrə ölçmə işləri aparıblar. Həmçinin mış, səth suyundan və dib çöküntülərindən nümunələr götürüblər.

Tədqiqatçılar eləcə də axın sürətinin, səth suyunun  və havanın temperaturunu  ölçmüş, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının indiki durumunu  və dənizin səviyyə vəziyyəti haqqında məlumat toplayıblar.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;   mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015