AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutunun elmi seminarinda hesabat məruzəsi dinlənilib
Apr 04, 2019 | 11:05 / Konfranslar, iclaslar
Oxunub 1001 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclasında “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin 2017-2018-ci il üçün başa çatmış “Azərbaycanın arid və semiarid geosistemlərinin təbii dinamikası, antropogen transformasiyası və onların idarə olunmasının landşaft-ekoloji əsasları (Kür dağarası çökəkliyi timsalında)” mövzusundakı elmi tədqiqat işinin hesabatı  dinlənilib.

Şöbənin müdiri  dosent Mirnuh İsmayılov hesabatında diqqətə çatdırıb ki, ilk dəfə olaraq arid və semiarid geosistemlərin transformasiyası və dinamikası kompleks-sistemli şəkildə tədqiq edilmiş, antropogen yüklənmənin təbii-ekoloji normanın mümkün həddini keçməsi iri miqyaslı (1:100 000) antropogen transformasiya xəritəsi tərtib olunmuşdur. Müəyyən olunmuşdur ki, geosistemlərin inkişaf tendensiyaları təbii amillərdən asılı olsa da onların dəyişmə intensivliyi antropogen təsirlərlə bağlıdır. Son 150 il ərzində Kür dağarası çökəkliyində yarımsəhraların sahəsi 1,5; quru və kserofit kolluq bozqırların sahəsi 2,5-3, seliteb-texnogen komplekslərin sahəsi isə 5,4 dəfə artmış, digər komplekslər isə  əksinə, arid meşələr 8,4, tuqay meşələri 5,2, hidromorf landşaftların sahəsi isə 2,4 dəfə azalmışdır.

Başa çatmış hesabat işində bir sıra iri miqyaslı (1:100 000) xəritə-landşaftların antropogen transformasiyası, regional səviyyədə landşaftların termik və rütubətlənmə şəraitinin zaman-məkan strukturunu əks etdirən xəritələr, "Ekoloji karkas xəritə-modeli" və digərləri də ilk dəfə tərtib edilmişdir.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;   mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015