AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutunda elmi işçi yerləri üçün müsabiqə keçirilib
Apr 05, 2019 | 09:53 / Konfranslar, iclaslar
Oxunub 657 dəfə

AMEA Neft və Qaz İnstitutunda elmi işçi vəzifələrinin tutulması üçün müsabiqə keçirilib. Müsabiqə AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə təsdiq olunmuş  “Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsinin müvəqqəti qaydaları”na uyğun reallaşıb.

Vakant olan şöbə müdiri, baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi və elmi işçi vəzifələrinin tutulması üzrə müsabiqə  İnstitutun direktoru akademik İbrahim Quliyevin rəhbərliyi ilə Elmi şuranın iclasında baş tutub.

Prosedura uyğun olaraq  keçən səsvermə prosesindən sonra   səslər toplanıb və nəticələr elan olunub. Müsabiqədə 35 iddiaçı iştirak edib və onların hamısı iddia etdikləri vəzifələri tutmaq hüququ qazanıb. Neft və Qaz İnstitutunun Elmi şurası  elmi işçi vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələrinin təsdiqi haqqında AMEA Yer Elmləri Bölməsi qarşısında vəsatət qaldırması barədə qərar qəbul edib.

Neft və Qaz İnstitutu

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:  077 533 59 27

gulgez_memmedova@mail.ru 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015