AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Amerikalı seysmoloq RSXM-də olub
Apr 08, 2019 | 09:57 / Konfranslar, iclaslar
Oxunub 642 dəfə

ABŞ-ın Missuri Universitetinin professoru  Erik Sandvol AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüb. Görüşdə Azərbaycan və Amerikalı seysmoloqların birgə həyata keçirdiyi “Qafqaz kəsilişi” layihəsi ilə bağlı müzakirələr aparılıb. Bakıya layihə çərçivəsində səfər etdiyini bildirən Erik Sandvol Neftçala, Hacıqabul, Göyçay rayonlarında  quraşdırılmış stansiyalarda məlumatların toplandığını deyib.

İsmayıllı və Quba rayonlarına da səfər edəcəyini bildirən qonaq aprelin 17-nə qədər məlumatların toplanmasının davam etdiriləcəyini vurğulayıb.

ABŞ və Azərbaycan Seysmoloqlarının birgə əməkdaşlığının müsbət töhfə verdiyini bildirən RSXM-nin baş direktoru Qurban Yetirmişli birgə fəaliyyətlərin Qafqazda seysmik işlərin nəticələrinin ümumilikdə seysmologiya elmi üçün əhəmiyyətli olacağını deyib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin perspektivləri də müzakirə edilib.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015