AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
Apr 08, 2019 | 10:05 / Konfranslar, iclaslar
Oxunub 822 dəfə

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları və magistrantları Xəzər Universitetində “Hava-torpaq-dəniz əlaqəsi” mövzusunda keçirilmiş I Beynəlxalq konfransında iştirak ediblər .

Tədbir Xəzər Universiteti, İstanbul Aydın Universiteti, İstanbul Texnik Universiteti, Çin Elmlər Akademiyası, UNESCO  və Avrasiya Universitetləri Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.

İnstitut əməkdaşlarından  Rəcəbli Cəvahir, Nağıyeva Gülgəz ( “Environmental problems of cleaning water and ground surface from petroleum and petroleum products”), Məmmədova Aysel (“Environmental impacts from natural resources in Azerbaijan”), Əlizadə Gülnarə (“The ecological-geochemical properities of eruption products and soil in Bahar mud volcano”), Səmədli Pünhan ( “Atmosferə atılan karbon qazının tutulub yığılması və məqsədyönlü istifadəsi”), Quluyeva Nurlana (“Atmosferə atılan karbon qazının tutularaq laya vurulması ilə neft veriminin artırılması ilə ətraf mühitə vurulan təsirin azaldılması”), Hacıyeva Aynur, Namazova Mina və İsayeva Nəzakətin  (“Azərbaycan ədəbi irsində ətraf mühitin tərənnümü”) məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Neft və Qaz İnstitutu

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 077 533 59 27

gulgez_memmedova@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015