AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-də elmi-texniki şuranın iclası keçirilib
Apr 16, 2019 | 02:56 / Konfranslar, iclaslar
Oxunub 641 dəfə

Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi texniki şuranın növbəti iclası keçirilib. RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli martın 27-də “Elm günü” ilə bağlı mərkəz tərəfindən keçirilmiş “Açıq qapı” haqqında danışaraq, həmin tədbirin hazırlanmasında yaxından iştirak etmiş  əməkdaşların fəaliyyətini yüksək qiymətləndirərək, onların “Fəxri Fərman” la təltif edildiklərini bildirib. Həmçinin RSXM-nin iki gənc əməkdaşına AMEA-nın Yer Elmləri bölməsinin “Fəxri Fərman”ı təqdim olunub.

Daha sonra Elmi-Texniki Şuranın gündəliyinə uyğun olaraq, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının yaxın perspektivləri” mövzusunda məruzə edib. İclasda 2019-cu ilin 1-ci rübündə AMEA nəzdində RSXM-ə daxil olan sərəncam və qərarların icrası haqqında hesabatı, “Tədris şöbəsi”nin 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ixtisas və xarici dil kursları üzrə tədris proqramlarının təsdiqi, 2019-cu ildə RSXM-də keçiriləcək elmi seminarların iş planının və şöbələrin illik iş planının təsdiqinə dair məsələlərə baxılıb. Təklif olunan məsələlər şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015