AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Məktəblilərlə növbəti görüş keçirilib
Apr 19, 2019 | 09:53 / Görüşlər
Oxunub 121 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda  Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Yasamal rayonu 286 nömrəli orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvləri üçün seminar-məşğələ keçirilib.

Ənənəyə görə məktəblilər əvvəlcə AMEA əsas binasında yerləşəm sərgidə Coğrafiya İnstitutunun  fəaliyyəti ilə tanış olublar. Seminar-məşğələ İnstitutun konfrans zalında davam edib. İştirakçıları salamlayan elmi işlər üzrə direktor müavini dosent Məhərrəm Həsənov bildirib ki, məktəblərdə “Kiçik Akademiya”nın təşkili istedadlı gəncləri üzə çıxarmağa, şagirdlərdə elmə və  elmi yaradıcılığa  marağın artmasına, onlarda məntiqi təfəkkürün inkişafına zəmin yaradır.  Fənnin  tədrisi məsələsinə toxunan direktor müavini qeyd edib ki, bugünkü təhsil şagirdlərə bilik verməklə yanaşı, müəyyən bacarıq və vərdişlərin də inkişaf etdirilməsini tələb etdiyindən onlara dərs deyən müəllimlərin məsuliyyətini də xeyli artırır.

GAMŞ sədri, c.ü.f.d. Samirə Ələkbərova gənc alimlərin fəaliyyəti haqqında şagirdlərə məlumat verib, apardıqları elmi tədqiqat işlərindən söhbət açıb.

“Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov Azərbaycanın regionları haqqında məruzə ilə çıxış edib, ölkənin coğrafi mövqeyi, təbii şəraiti, əhalisinin məskunlaşması, ekologiyası, tarixi-mədəni abidələri, və s. haqqında maraqlı məlumatlar səsləndirib.

Turizm və rekreasiya şöbəsinin rəhbəri, c.ü.f.d.  Zaur İmrani “Orta məktəb dərsliklərinin yazılması prosesində coğrafiya alimlərinin rolu” mövzusunda çıxış edib, uşaqları maraqlandıran sualları cavablandırıb.

“Kiçik Akademiya”nın rəhbəri, İnstitutun Tibbi coğrafiya şöbəsinin elmi işçisi Solmaz Rzayeva məktəbdə Akademiyanın  yaradılması və fəaliyyəti haqqında danışıb.  Gənc “coğrafiyaçılar”    “Ekoloji mühitin qorunması”, “Həyat mənbəyimiz – su”, “Azərbaycanın coğrafiyaçı alimləri”   mövzularda təqdimatlarla çıxış ediblər. Sonra şagirdlərlə sual-cavab şəklində müsabiqə keçirilib və qaliblərə hədiyyələr tqdim olunub.

Məktəbin əməkdaşı, əməkdar müəllim Naibə Ələkbərova məktəb kollektivi adından Coğrafiya İnstitutunun rəhbərliyinə və Gənc Alim və Mütəxəssislər Şurasına minnətdarlı edib və belə tədbirlərin davam edəcəyinə ümidvar olduğunu bildirib.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015