AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Yer elmləri sahəsində ümumrespublika elmi seminari keçirilib
May 15, 2019 | 02:35 / Konfranslar, iclaslar
Oxunub 246 dəfə

GGİ-də seysmik təhlükənin avtomatik qiymətləndirilməsinin  əsas aspektlərinə həsr edilmiş elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan GGİ-nin elmi işlər üzrə direktor  müavini AMEA-nın müxbir üzvü, g.-m.e.d. Dadaş Hüseynov açaraq ölkədə seysmoloji durumun aktuallığını diqqətə çatdırıb və məruzəçi g.-m.e.d. Ramidə Kərəmovanı (Respublika Seysmoloji Xidmət Mərkəzi) iştirakçılara təqdim edib.

R.Kərəmova “Azərbaycanda flüidlər rejiminin illik monitorinqi əsasında seysmik təhlükənin avtomatik qiymətləndirilməsinin əsas aspektləri” mövzusunda təqdimatla çıxış edib. Seysmoloq alim görülən işlərlə bağlı məruzəsini diaqram, cədvəl, infoqrafika və fotolar əsasında reallaşdırıb. Bildirib ki, yerinə yetirilən operativ seysmoproqnozun regionları əsasən dörddür: 1. Qafqaz-Xəzər regionu; 2. Anadolu-İran regionu; 3. Hinduquşun dərinfokuslu seysmik zonaları ölkələri (mb≥6.0; h≥90 km); 4. Planetar fəlakətli zəlzələ ocaqları. Zərurət olduqda bu coğrafiya genişləndirilə bilər. Bütün alınmış nəticələrin etibarlığı isə 80÷85% -ə çatır.

Ramidə Kərəmova təqdimatla bağlı çoxsaylı sualları cavablandırıb. Daha sonra elmi məruzə ətrafında çıxışlar olub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015