AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutunda "Ailə bayramı" qeyd edilib
May 20, 2019 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 252 dəfə

AMEA  akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Qadınlar Şurasının  təşkilatçılığı ilə müəssisədə “Beynəlxalq Ailə Gününə” həsr olunmuş  tədbir keçirilib. İclasda Cİ əməkdaşları, AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, AMEA QŞ-nın büro üzvləri, AMEA institutları qadın şuralarından dəvət olunmuş nümayəndələr iştirak ediblər.

Coğrafiya İnstitutu Qadınlar Şurasının sədri Luiza Salayeva giriş sözü ilə çıxış edərək bildirib  ki, ailə siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Cİ-nin elmi işlər üzrə direktor müavini dosent Məhərrəm Həsənov “Ailə bayramı” münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək onların ailə üzvlərinə qarşılıqlı hörmət, sevgi və mehribanlıq arzulayıb.

ETSN Milli Hidrometeorologiya Departamentinin direktoru, c.ü.f.d. Umayra Tağıyeva “İqlim dəyişmələrinin ailə və məişət problemlərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Ailənin sağlamlığı, uşaqların qorunması və məişət məsələlərində qadının rolunu ön plana çəkən məruzəçi qeyd edib ki, təhlükəli hidrometeoroloji hadisələr son onilliklərdə artır və insan sağlamlığı üçün hava-iqlim prosesləri ilə bağlı əlavə risklər yaranır. İqlim dəyişmələri fəsadlarının qarşısını almaq mümkün olmasa da, düzgün uyğunlaşma siyasətini həyata keçirməklə bu fəsadların təsirini yumşaltmaq mümkündür. Və bu işdə  qadınların üzərinə böyük məsuliyyət düşür.

 

Cİ-nin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlovun “Azərbaycanda ailə problemi demoqrafiya güzgüsündə” mövzusunda məruzəsi maraqla dinlənilib.

Cİ əməkdaşları - Qadınlar Şurasının sədri Luiza Salayeva, Həmkarlar Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev, c.ü.f.d. Natavan Cəfərova, a.ü.f.d. Tahirə Salmanova, kitabxana müdiri Şövqiyyə Məmmədova, AMEA Şərqşünaslıq  İnstitutu Qadınlar Şurasının sədri Xanımzər Kərimova  və başqaları tədbirdə  müzakirə olunan müxtəlif ailə və məişət məsələlərinə  öz münasibətlərini bildiriblər, təkliflər veriblər. Diqqəti çəkən təkliflərdən biri də Cİ-nin elmi işçisi Rəisə İsayevanın orta ümumtəhsil məktəblərində dərs yükünün çoxluğu ilə bağlı olub.

AMEA Qadınlar Şurasının  sədri prof. R.Mirzəzadə maraqlı, əhatəli tədbirin təşkilinə görə Cİ Qadınlar Şurasına, onun sədri L.Salayevaya minnətdarlığını bildirib və bu təşkilatın həmişə  ən qabaqcıl, öndə gedən bir qurum olduğunu dilə gətirib. Şura sədri analoji tədbirlərin davamlı olmasına ümid bəslədiyini bildirib.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015