AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Elmi iclasda iqlim dəyişmələrinin çay axımına təsiri müzakirə olunub
May 20, 2019 | 10:13 / Konfranslar, iclaslar
Oxunub 257 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu   Elmi seminarının növbəti iclasında ETSN Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Sevinc Kazımova “Azərbaycanda iqlim dəyişmələrinin çay axımına təsiri” (Böyük Qafqazın timsalında) mövzusunda məruzə edib. S.Kazımova Böyük Qafqaz çaylarının əsas hidrometeoroloji göstəricilərini, temperatur və yağıntıların paylanmasında baş verən dəyişiklikləri  araşdırmış, ərazi çaylarının illik su sərflərinin statistik parametrlərini müəyyənləşdirmişdir.

Əsas iqlim göstəriciləri olan  yağıntı və temperaturu təhlil edən tədqiqatçı respublikanın bütün ərazisində  son illərdə illik temperaturların +0,3 C-dən +1,7 C-ə qədər artmasını müşahidə etmişdir.

Məruzəçi bildirib ki, yüksək dağlıq ərazilərdə temperaturun artma qradiyenti daha çoxdur. Yağıntılara gəlincə, çoxillik normaya nisbətən (462 mm) ən çox yağıntı artımı 2016-cı ildə müşahidə edilmişdir ki, fərq 124 mm təşkil edir.

İllik axım modulunun bütün region üzrə hündürlükdən asılı olaraq artması baş verir. Respublikanın Böyük Qafqaz  üzrə əksər gursulu və daşqın rejimli çaylarında  maksimal illik su sərfi azalmaqla qış minimal axımları artır.

Alimin qənaətinə görə, yerli əhəmiyyətli su anbarlarının sayını artırmaq, relyefdən asılı olaraq damcı suvarmanı həyata keçirmək, sudan optimal istifadə etmək məqsədəuyğundur.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;   mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015