AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-də tikintii sahələrinin seysmikliyilə bağli müzakirələr keçirilib
May 22, 2019 | 01:25 / Konfranslar, iclaslar
Oxunub 396 dəfə

“Lawrence Livermore” Milli Laboratoriyasının, ABŞ Seysmik Əməkdaşlıq proqramının proqram meneceri Rengin Gök və Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Bakıda səfərdədirlər. Mütəxəssislərin məqsədi “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində görülən işlərə dair müzakirələr aparmaq, həm də  Mərkəz əməkdaşlarına emal proqramları ilə bağlı beynəlxalq standartlara  uyğun təlim keçirməkdir.

Qonaqlar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində   baş direktor AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə RSXM-nin "Seysmologiya" şöbəsinin müdiri geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli, "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma" şöbəsinin müdiri Zəhra Əiyeva, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Müzakirələr zamanı tərəflər arasında əməkdaşlığın hazırki vəziyyəti, “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində Azərbaycanda görülən işlər, həmçinin tikinti sahələrində seysmikliklə bağlı yeni tikinti normativlərinin tətbiqinə dair məsələlərə toxunulub. Xarici mütəxəssislər Azərbaycanda, xüsusilə Bakı şəhəri və Azərbaycanın digər böyük şəhərlərində tikinti aparılan sahələrdə seysmikliyin öyrənilməsi ilə bağlı yeni tikinti normativlərinin tətbiq olunmasına dair təkliflə çıxış edərək, artıq əksər ölkələrin bu normativləri tətbiq etdiklərini bildiriblər. Həmçinin, ikitərəfli əməkdaşlığa uyğun olaraq, RSXM əməkdaşlarının Amerikada təlimə göndərilməsi barədə də razılıq əldə edilib.

Qeyd edək ki, əcnəbi mütəxəssislər tikinti sahələrində seysmiklikliyin öyrənilməsi və  yeni tikinti normativlərinin tətbiqi ilə bağlı Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015