AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Avropa komissiyasinin layihə rəhbəri RSXM-də olub
May 22, 2019 | 08:56 / Konfranslar, iclaslar
Oxunub 262 dəfə

"Avropa Komissiyası Azərbaycanda aparılan seysmoloji tədqiqatlarla yaxından maraqlanır. Sizin apardığınız tədqiqatlar və alınmış nəticələr bizim üçün yeni bir yanaşmadır".  Bu sözləri Avropa Komissiyasının GEANT Assosasiyasının Beynəlxalq layihə rəhbəri Leonie Schaefer AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olarkən söyləyib. Qonaq Mərkəzin Monitorinq Mərkəzinin işi ilə yaxından tanış olub. Görüşdə RSXM tərəfindən aparılan kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, RSXM-in informasiya resursları ilə təmin edilməsində GEANT-ın dəstəyindən istifadə edilir. Belə ki , Mərkəzin şəbəkə infrostrukturunun Az Science.Net elmi - kompüter şəbəkəsinin Data mərkəzində yerləşən Milli Eduroam servisinə qoşulması AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təmin edilib. Mərkəzdə həmçinin Wi-Fi və Eduroam xidmətinin yaradılması işləri həyata keçirilib.

Qonaq görülən işləri yüksək qiymətləndirib. Azərbaycan seysmoloqlarının zəlzələlərin öyrənilməsi istiqamətində apardıqları tədqiqatların nəticəsinin kifayət qədər maraqlı olduğunu bildirən əcnəbi mütəxəssis bu istiqamətdə ikitərəfli əməkdaşlığın əhəmiyyətini önə çəkib. O bundan sonra da təmsil etdiyi təşkilatın Mərkəzə informasiya texnologiyalarının təmin olunması istiqamətində dəstək verəcəyini deyib. 

Görüşdə AMEA İnformasiya Texnologiyaları İnstitutu "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Babək Nəbiyev, RSXM-in "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi Səidə İsmayılova, sistem administratoru Ruqiyyə Kərimova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər. 

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015