AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda seysmik rayonlarda tikinti normativi müzakirə olunub
May 23, 2019 | 11:20 / Konfranslar, iclaslar
Oxunub 59 dəfə

 “Lawrence Livermore” Milli Laboratoriyasının, ABŞ Seysmik Əməkdaşlıq proqramının meneceri Rengin Gök və Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Bakıya səfərləri çərçivəsidə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda seysmik rayonlarda istifadə edilən tikinti normativlərinə dair müzakirələr aparıblar.

Tədbirdə İnstitutun direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Abdı Qarayev, institutun şöbə müdiri texnika elmlər doktoru, professor Xanlar Seyfullayev, laboratoriya müdiri texnika elmləri doktoru, dosent Nizami Yusifov, laboratoriya müdiri texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rövşən Rzayev, şöbə müdiri iqtisadiyyat üzrə fəlsəfə doktoru , dosent Eldar Nuriyev, ABŞ-ın “Lawrence Livermore” Milli Laboratoriyasının, ABŞ Seysmik Əməkdaşlıq proqramının proqram meneceri Rengin Gök, Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin müdiri Zəhra Əiyeva, şöbənin əməkdaşları Lalə Fəttahova və İlhamə Cəlilova, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya - mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Görüşdə dünyanın inkişaf etmiş ölkələrində hazırda tətbiq edilən seysmik rayonlarda Tikinti Norma və Qaydaları haqqında müzakirələr aparılıb. Xarici qonaqlar tərəfindən bu cür normativlərin həm iqtisadi, həm də insan həyatı qorunması baxımından vacibliyi vurğulanıb. Bu normativlərin müəyyən hissələrinin Azərbaycanda istifadə olunan “Seysmik Rayonlarda Tikinti Norma və Qaydaları”nda tətbiq edilməsi təklif edilib. Tədbirdə  normativə ediləcək əlavələr dəstəklənib və bu işlərin yerinə yetirilməsi üçün birgə əməkdaşlıq etməyin zəruriliyi vurğulanıb.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015