AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Risklərin minimallaşdırılması üzrə konfrans
May 29, 2019 | 09:21 / Konfranslar, iclaslar
Oxunub 251 dəfə

AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və AMİR Texnoloji Xidmət MMC-nin birgə təşkilatçılığı ilə Bakıda “Təbii və texnogen risklərin minimallaşdırılması və yeniliklər” mövzusunda birinci Avrasiya konfransı keçirilib.

Tədbirdən məqsəd Avrasiya qitəsində təbii və texnogen risklər sahəsindəki problemlərin minimuma endirilməsi üçün müxtəlif elm sahələrinin alim və mütəxəssislərini bir araya toplamaq, onların bu istiqamətdə müzakirələr, fikir və təcrübə  mübadiləsi aparmaqlarına, təkliflər hazırlamalarına şərait  yaratmaq olmuşdur. Həmçinin elmi tədqiqat institutları və akademik qurumların  enerji məsələləri ilə məşğul olan sənaye  sahələri ilə  əməkdaşlığı və qarşılıqlı anlaşmanı inkişaf etdirmək və BMT çərçivəsində 2015-2030-cu illərdə fəlakət riskinin azaldılması üzrə "Minnilliklərin çağırışı" və Senday (Yaponiya) proqramını dəstəkləmək nəzərdə tutulurdu.

Konfransda akademik Ramiz Məmmədov “Azərbaycanın dağlıq regionlarında təbii fəlakətlər və GİS xəritələnməsi”, coğrafiya üzrə fəlsəfə doktoru  Natəvan Cəfərova “Təbii və texnogen fəlakətlərin minimallaşdırılmasında kosmik texnologiyalardan istifadənin tətbiqi” mövzusunda məruzə etmişlər.

AMEA akademik H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015