AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Nəsimi rayonunun məktəbliləri ilə növbəti görüş
İyn 14, 2019 | 10:22 / Konfranslar, iclaslar
Oxunub 57 dəfə

Coğrafiya İnstitutu  (Cİ) əməkdaşlarının Bakının Nəsimi rayonu 240 nömrəli tam orta məktəbində şagirdlərlə görüş  keçirilib.Tədbir AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə reallaşıb.

Qonaqlar əvvəlcə “Kiçik Akademiya” üzvlərinin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər. Sonra şagirdlər müəllimləri ilə birgə hazırladıqları qlobal istiləşmə, təbii fəlakətlərin təbiətə və insanlara vurduğu ziyan, günəş enerjisindən istifadə, ölkənin təbii ehtiyatları və digər  mövzularda təqdimatlar ediblər. Məktəbin xüsusi qabiliyyətə malik 7-ci sinif şagirdi özünün  hazırladığı robotları nümayiş etdirib.

GAMŞ-ın  sədri, c.ü.f.d. Samirə Ələkbərova  “Kiçik Akademiya” üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, çıxış edən şagirdləri dəstəklədiyini bildirib, bu istiqamətdə təşkil olunan tədbirlərin şagirdlərin elmə olan marağının artmasına imkan yaratdığını, onlara stimul verdiyini qeyd edib.

“Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov ölkənin coğrafi mövqeyi, təbii şəraiti, əhalisinin məskunlaşması, ekologiyası kimi aktual mövzuların geniş təhlilini verib.

İnstitutun elmi katibi, dosent Zərnurə Həmidova, “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi, dosent Starə  Tarixazər mülahizələrini bildiriblər, məktəblilərə elmi tövsiyələr veriblər, eyni zamanda,  gələcək tədqiqat mövzularının seçimində şagidrlərə daha diqqətli olmağı məsləhət görüb, müasir texnologiyaların  tətbiqi ilə təhlil aparmağın yollarını izah ediblər.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015